20 C
Bakı
10 Oktyabr 2026 02:05
DünyaGündəm

Tehranda küçələrə Rəisi ilə Abdullahiyanın adı verildi

Tehranda iki küçənin adı təyyarə qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin şərəfinə dəyişdirilib, bir küçəyə isə onunla birlikdə uçan respublikanın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın adı verilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Tehran şəhər şurasının mədəniyyət komissiyasının rəhbəri Nərgiz Madanipur məlumat verib.

 

“Tehranın 15-ci məhəlləsində Bəsic meydanı ilə kəsişməsindən Bəhmən meydanına qədər olan Beesat magistral yolu, həmçinin, Paster küçəsinin şərq hissəsi mərhum prezidentin adını daşıyır. Kuşk küçəsinə isə xarici işlər naziri, şəhid Hüseyn Əmir Abdullahiyanın adı veilib”, – deyə Madanipur qeyd edib.

 

Mayın 25-də İranın İsfahandakı Nüvə Uran Emalı Mərkəzinin mətbuat xidməti mərkəzin respublikanın mərhum prezidentinin adını daşıyacağını açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın logistik savaşı: Limanlardan relslərə qədər uzanan böhran

redaktor

Zelenski: Ukrayna komandası ABŞ-da cəbhə kimi istifadə olunur ki, bu da, şübhəsiz ki, ədalətsizdir

redaktor

Ruanda tribunalının prezidentinə Nobel Sülh mükafatı verildi

redaktor