Dünya

Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü yayılıb – VİDEO

Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü yayılıb.

 

APA xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso hökumət binasından çıxandan sonra əraziyə toplaşmış insanlara yaxınlaşıb.

 

Görüntüdən aydın olur ki, insanların arasından ona atəş açılır.

 

Atəş açan şəxs polis tərəfindən tutulub.

 

Slovakiya mediası onun məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğunu yazıb.

 

71 yaşlı yazıçının müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarlarından olduğu qeyd edilib.

 

Baş nazir Fitso ayaqlarından, qarın boşluğundan və sinəsindən yaralanıb. O, helikopterlə xəstəxanaya çatdırılıb.

 

Vəziyyətinin ağır olduğu bildirilir.

 

Oxşar xəbərlər

Ərdoğandan İranın Zəngəzur təhdidlərinə sərt cavab: “Azərbaycanla tarixi ittifaqdayıq

redaktor

Milli Şura oyunu: Müxalifəti bir zərbə ilə silmək planı

redaktor

Gürcüstanda surroqat analığı tam qadağan etmək istəyirlər

admin