23.7 C
Bakı
28 İyun 2026 23:40
CəmiyyətSağlamlıq

Qəzəbli insansınızsa, deməli… – Şok araşdırma

Qəzəb hissi qan damarlarının sağlamlığına mənfi təsir göstərir.

 

Bunu “Journal of the American Heart Association” jurnalında dərc olunan araşdırma sübut edir.

Araşdırmada 280 iştirakçıya 8 dəqiqə ərzində qəzəb, kədər, narahatlıq və ya neytrallıq hisslərini xatırlamağa məcbur edən tapşırıq verilib. Bu tapşırıqdan əvvəl və ondan sonra bir neçə dəfə tədqiqatçılar subyektlərin qan damarlarının vəziyyətini ölçüblər.

 

Kolumbiya Universitetinin kardiologiya departamentinin tibb professoru, tədqiqatın aparıcı müəllifi Daiçi Simbonun sözlərinə görə, keçmişdə qəzəb, narahatlıq və kədər hissini gələcək ürək-damar xəstəliyi riski ilə əlaqələndirən bəzi tədqiqatlar olub.

“Qəzəbin sağlamlığa mənfi təsirləri onun qan damarlarının sağlamlığına mənfi təsirləri ilə bağlı ola bilər. Biz fərz edirik ki, əgər siz hər zaman qəzəbli insansınızsa, deməli, siz qan damarlarınızı xroniki şəkildə zədələyirsiniz. Biz fərz edirik ki, xroniki qəzəb hücumları qan damarlarında xroniki mənfi təsirlərə səbəb ola bilər”, – deyə mütəxəssis şərh edib. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Həbsdə olan AXCP üzvü 25 gün “karsa” salınıb

admin

“Maşın bir bəhanədir” mahnısı ilə bir anda məşhurlaşan şəxs danışdı – VİDEO

redaktor

Yuxuda orqazm: səbəblər və xüsusiyyətlər

admin