22.5 C
Bakı
28 İyun 2026 14:56
DünyaGündəm

Ukrayna Rusiyanın ən qədim gəmisinə zərbə endirdi

Ukrayna SQ-nin Hərbi Dəniz Qüvvələrinin Sevastopolda fəaliyyəti nəticəsində Rusiyanın “Kommuna” gəmisi yanıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk məlumat yayıb.

 

“Bu hadisə Ukrayna Hərbi Dəniz Qüvvələrinin birbaşa iştirakı ilə baş verib. Gəmiyə dəyən zərər dəqiqləşdirilir, lakin ilkin məlumata görə, gəmi artıq tapşırıqları yerinə yetirməyə qadir deyil”, – deyə o bildirib.

 

Pletençukun sözlərinə görə, gəmi hərbi təyinatlı deyil və Rusiya donanmasının ən qədim gəmisi sayılır.

 

Qeyd edək ki, sözügedən gəmi dünyada xidmətdə olan və döyüş tapşırıqlarını icra edən ən qədim gəmidir.

Tacxeber.com

Oxşar xəbərlər

“Mən ürək ağrısı ilə yazıram: Rusiya öz rolunu itirib” – Markedonov

redaktor

Rusiya istəsəydi bütün Ukraynanı məhv edərdi – Trampdan ŞOK

redaktor

Qarabağla bağlı baş tutmayan plan: Rusiya bağışlamadı

admin