CəmiyyətMüsahibə

Hadı Rəcəblinin oğlu atasının vəfatından danışdı – “Analizlər vermişdi…”

“Atamın heç bir xəstəliyi yox idi. Ölümü çox ani oldu”.

 

Tacxeber xəbər verir ki, bunu Bizim.Media-ya sabiq deputat Hadi Rəcəblinin oğlu Tural Rəcəbli bildirib.

O qeyd edib ki, xəbəri eşidən kimi Moskvadan Bakıya uçub: “Hazırda aeroportdayam. Atamla danışırdıq, çox yaxşı idi. Ölümü qəfildən oldu. Heç bir xəstəlikdən əziyyət çəkmirdi, narahatlığı yox idi. Analizlər də vermişdi. Biz ürəyindən şübhələnirik”.

Onun sözlərinə görə, Hadi Rəcəbli bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, H. Rəcəbli I-V çağırış Milli Məclisin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.

Tacxeber.com

Oxşar xəbərlər

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

admin

Azərbaycanda saytların bloklanması asanlaşdırılır: “Bu, mediada özünüsenzuranı artıra bilər”

admin