Dünyaİdman

“Xabi Alonso “Real”la müqavilə bağlayacaq” – Karro

“Bayer”in (Leverkuzen) baş direktoru Fernando Karro klubun baş məşqçisi Xabi Alonso haqqında maraqlı fikirlər səsləndirib.

 

 O, çalışdırıcının “Real”a rəhbərlik edəcəyinə əmin olduğunu bildirib.

“Bir gün Xabi Alonsonun “Real”ın baş məşqçisi olacağına şübhəm yoxdur. Bəlli olmayan sadəcə onun “Real”la nə vaxt müqavilə bağlayacağıdır. Amma buna əminəm”.

Xatırladaq ki, daha əvvəl Xabi Alonsonun 2025-ci ilin yayında “Real”a baş məşqçi təyin olunacağı haqda məlumat yayılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Dubayda “Bizim Tarla”dan qurd çıxdı – “Azərsun”dan -AÇIQLAMA

redaktor

Banklara etibar edilmir: Ruslar hesablarından rekord miqdarda pul axını ilə qarşılaşıblar

redaktor

Çox pis qonşu…

redaktor