DünyaİqtisadiyyatSiyasət

İran-İsrail gərginliyi “Bitcoin”in qiymətini kəskin aşağı saldı

Yaxın Şərqdə artan gərginlik kriptovalyuta bazarlarına mənfi təsir göstərib.

 

 İranın pilotsuz uçuş aparatları və raketlərlə İsrailə hava hücumu təşkil etməsindən sonra “Bitcoin” kriptovalyutasının qiyməti kəskin ucuzlaşıb.

Coinmarketcap analiz şirkətinin məlumatına görə, “Bitcoin”in qiyməti son 24 saatda 5 faizdən çox ucuzlaşaraq 63 min 306 dollar səviyyəsinə düşüb.

 

Beləliklə, martın 14-də 73 min 750 dollarla bütün zamanların ən yüksək həddinə çatan “Bitcoin”in qiymətində bir aylıq eniş 13 faizi keçib.

“Ethereum” isə 8,9 faiz dəyər itirərək 2 min 937 dollara düşüb.

Qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 6,22 faiz azalaraq 2,29 trilyon dollar olub. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Ukrayna Rusiyaya təxminən 64 min dron atıb

redaktor