21 C
Bakı
09 Oktyabr 2026 15:29
DünyaHadisə

Sui-qəsdin maraqlı nəticəsi.

1973-cü ildə bask separatçılarının ETA terror təşkilatı İspaniyada Franko diktaturasının baş naziri Luis Karrero Blankoya qarşı qəsd hazırlayır.

 

ETA üzvləri baş nazirin tez-tez istifadə etdiyi yolun üzərində ev kirayələyirlər və yolun altına doğru tunel qazırlar. Tunelə İspaniyanın dağ-mədən sənayesində işlədilən GOMA-2 partlayıcı maddəsindən 80 kq qoyulur. Dekabrın 20-də baş nazirin avtomobili həmin yerdən keçərkən maddə partladılır.

Partlayış o qədər güclü olur ki, avtomobil sözün həqiqi mənasında yoxa çıxır. Bir müddət sonra aydın olur ki, o, yaxınlıqdakı beşmərtəbəli binanın üstündən aşaraq qarşı tərəfdəki balkona düşüb. Ən maraqlısı isə odur ki, tapılarkən Blanko hələ sağ idi, lakin tezliklə keçindi.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor