DünyaHadisə

Sui-qəsdin maraqlı nəticəsi.

1973-cü ildə bask separatçılarının ETA terror təşkilatı İspaniyada Franko diktaturasının baş naziri Luis Karrero Blankoya qarşı qəsd hazırlayır.

 

ETA üzvləri baş nazirin tez-tez istifadə etdiyi yolun üzərində ev kirayələyirlər və yolun altına doğru tunel qazırlar. Tunelə İspaniyanın dağ-mədən sənayesində işlədilən GOMA-2 partlayıcı maddəsindən 80 kq qoyulur. Dekabrın 20-də baş nazirin avtomobili həmin yerdən keçərkən maddə partladılır.

Partlayış o qədər güclü olur ki, avtomobil sözün həqiqi mənasında yoxa çıxır. Bir müddət sonra aydın olur ki, o, yaxınlıqdakı beşmərtəbəli binanın üstündən aşaraq qarşı tərəfdəki balkona düşüb. Ən maraqlısı isə odur ki, tapılarkən Blanko hələ sağ idi, lakin tezliklə keçindi.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər

Tramp: Zelenski Baydendən 350 milyard dollar qazandı, lakin ölkənin 25 faizini itirdi

admin

Cənab Putin, onsuz da son iki gündür gərginlik nisbətən azalıb.

admin

Gücü yalnız Kiyevə çatan rəzil…

redaktor