Sağlamlıq

Bəşəriyyət üçün ən təhlükəli 10 XƏSTƏLİK

Bir qrup alim 200-yə yaxın ölkəni əhatə edən və son 30 ildə müxtəlif xəstəliklərdən ölüm hallarını qiymətləndirən uzunmüddətli tədqiqatın nəticələrini dərc edib.

 

Tacxeber.comxəbər verir ki, araşdırma “The Lancet” jurnalında dərc olunub.

 

Alimlər qeyd ediblər ki, pandemiyanın nəticələri səbəbindən dünyada orta ömür uzunluğu azalıb, amma indi bu rəqəm artır.

 

2019-cu ilə qədər olan məlumatlara görə, ən təhlükəli xəstəliklərin siyahısına aşağıdakılar daxildir: koronar ürək xəstəliyi, insult, KOAH (xroniki obstruktiv ağciyər xəstəliyi), tənəffüs yollarının infeksiyaları, neonatal problemlər (həyatın ilk ayında ölüm), Alzheimer xəstəlik, ağciyər xərçəngi, diabet, böyrək xəstəliyi və bağırsaq infeksiyaları.

 

Reytinqdə qocalmaya xas olan xəstəliklər də yüksəlir. Məsələn, Alzheimer xəstəliyinin hələ də effektiv müalicəsi yoxdur, bu da faciəvi nəticələrə gətirib çıxarır.

Tacxeber.com

Oxşar xəbərlər

Dietik şəkərlər, zero içkilər nə üçün zərərlidir?

redaktor

Alimlər yaddaşı bərpa edən və Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar

redaktor

Qadın və kişi həkim

redaktor