Hadisə

Ermənistan ordusu Naxçıvan istiqamətində təxribat törətdi

Aprelin 7-si saat 17:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Tacxeber.com

Oxşar xəbərlər

“Sumqayıt”ın oyunçusu özünə xəsarət yetirdi – Karyerası bitə bilər

admin

27 illik zorakılıqdan sonra həyatına son qoyan qadının ərinə minimum cəza verilib: “Məni sən öldürdün”

admin

Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı

redaktor