22.5 C
Bakı
28 İyun 2026 12:49
Dünya

Rusiyaya “ən dərin zərbə” endirildi – “Röyters”

Aprelin 2-də Ukrayna müharibə dövründən bəri Rusiya ərazisinə ən dərin zərbələrdən birini vurdu.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Röyters” yazıb.

 

“Hücumun hədəflərindən biri Tatarıstandakı TANEKO neft emalı zavodu olub. PUA cəbhə xəttindən ən azı 1200 kilometr məsafəyə uçub. Hücum nəticəsində neft emalı zavodunda yanğın baş verib. TANEKO Rusiyanın ən böyük və ən yeni neft emalı zavodlarından biridir. Onun istehsal gücü sutkada 360 min barrel təşkil edir.

 

Bundan başqa, Ukrayna PUA-ları “Alabuqa” xüsusi sənaye kompleksi ərazisindəki “Şahid” dronlarının yığıldığı müəssisəni də vurub. Zavod ciddi xəsarət alıb”, – məlumatda qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

İran ordusu İordaniya, Küveyt və Bəhreynə zərbələr endirib

redaktor

Vyetnamda Leninçilər(ÇİN) tam qalib oldu….

redaktor

Pandemiya eksperimenti

redaktor