24 C
Bakı
13 Avqust 2025 22:31
CəmiyyətQalmaqal

Mübariz Mənsimov və qardaşı barəsində məhkəmə iddiası qaldırıldı.

“Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində məhkəmə iddiası qaldırılıb.

 

Tacxeber.com Oxu.az -a istinadla xəbər verir ki, iddia müqavilənin etibarsız hesab olunması tələbi üzrə qaldırılıb.

Belə ki, məhkəmə iddiası Vüsalə Asəf qızı Mənsimova tərəfindən irəli sürülüb.

Məhkəmə iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun sədrliyi ilə aprel ayının 2-də saat 10:00-da keçiriləcək.

Xatırladaq ki, iddia ilə bağlı 7 noyabr və 19 dekabr 2023-cü il tarixlərində iki iclas keçirilib.

Qeyd edək ki, “Palmali Gemicilik ve Acentelik Anonim Şirketi”nin Azərbaycandakı filialının hazırda dövlət büdcəsinə vaxtında ödənilməyən vergi borcu da var.

Tacxeber.com

Oxşar xəbərlər

“7 nəfər qızıl medala iddialı idi, amma iki erməniyə verdilər” – Qusmanla göyüstü MÜSAHİBƏ – FOTO

admin

Sosial şəbəkədəki tanışlıqdan yaranan evliliklər UĞURLU OLUR?

redaktor

Rusiyadan qayıdan kişi həyat yoldaşının həyatına son qoyur ki… – Siyavuş Novruzov

redaktor