23.7 C
Bakı
09 İyun 2026 19:41
Dünya

Nazirlik erməni “Telegram” kanallarında yayılan xəbərlərlə bağlı məlumat yaydı

Erməni “Telegram” kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

 

Vurğulanıb ki, bu kimi məlumatlar tamamilə “fake” və dezinformasiya xarakteri daşıyır.

 

“Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.

 

Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir”, – deyə nazirlikdən bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan ordusu Naxçıvan istiqamətində atəş açdı

redaktor

Çin alimlərindən yeni ixtira: Bədən istiliyi elektrik enerjisinə çevriləcək

redaktor

Boşanan cütlüyün iti övladları hesab olundu – MƏHKƏMƏ QƏRARI

redaktor