Dünya

Nazirlik erməni “Telegram” kanallarında yayılan xəbərlərlə bağlı məlumat yaydı

Erməni “Telegram” kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

 

Vurğulanıb ki, bu kimi məlumatlar tamamilə “fake” və dezinformasiya xarakteri daşıyır.

 

“Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.

 

Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir”, – deyə nazirlikdən bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Sevastopola hücum: Rusiyanın daha bir gəmisi vurulub

redaktor

İranın raket istehsalı obyekti məhv edilib – İddia

redaktor

Corc Buş Priqojinlə fotosunu görüb şoka düşdü

redaktor