21 C
Bakı
09 Oktyabr 2026 15:32
Dünya

Qazaxın kəndlərinə girən 24 erməni saxlanıldı

Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərinə qanunsuz olaraq girən 24 nəfər saxlanılıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin əməkdaşı Zarzand Qabrielyan məlumat verib.

 

Onun sözlərinə görə, həmin şəxslər qanunsuz silah və döyüş sursatı gəzdirmək və saxlamaqda şübhəli bilinərək saxlanılıb və Daxili İşlər Nazirliyinin ərazi bölmələrinə təhvil verilib.

 

Qeyd edək ki, Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Avetis Avetisyan həbs edilmişdi. Həmçinin birləşmənin digər üzvü Hrant Der-Abrahamyanla da əlaqənin kəsildiyi, onun da saxlanıldığı barədə məlumatlar yayılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor