22.5 C
Bakı
29 İyun 2026 07:00
Dünyaİdman

“Qarabağ” ancaq tərifə layiqdir” – Patrik Şik

 

“Bu, sadəcə inanılmaz bir sonluqdur. Son dəqiqələrdə əsl həyəcan yaşadıq. Son saniyəyə qədər mübarizə apardıq”.

 

Busözləri “Bayer”in futbolçusu Patrik Şik UEFA Avropa Lİqasının 1/8 finalının “Qarabağ”la cavab oyunundan sonra deyib.

Çexiyalı hücumçu UEFA-ya açıqlamasında “Qarabağ” haqda xoş sözlər deyib: “Rəqibimiz ancaq tərifə layiqdir. Onlar Bundesliqadakı rəqiblərimizdən fərqli oynayırlar. Buna görə də bizim üçün asan olmadı”.

 

“Qarabağ”la oyunun son dəqiqələrdində 2 qol vuraraq komandasına qələbə qazandıran futbolçu bildirib ki, növbəti mərhələdə istənilən rəqibə qalib gələ bilərlər: “Hücumçu kimi meydana çıxmaq və həlledici qollar vurmaq inanılmaz dərəcədə faydalıdır. İndi biz Avropa Liqasının 1/4 finalını gözləyirik. Növbəti rəqibimizin kim olmasının fərqi yoxdur. Biz hər kəsi məğlub etməyə qadirik”.

Xatırladaq ki, “Qarabağ”la “Bayer” arasında Bakıda keçirilən oyunda 2:2 hesabı qeydə alınıb. Leverkuzendə ötən gecə oynanılan görüşdə isə “Bayer” 3:2 hesabı ilə qalib gəlib. (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rus ordusunun müdafiəsi yarıldı – Mövqelər ələ keçirildi

admin

Yelena Zelenskaya dünyanın ən nüfuzlu 25 qadını sırasına daxil oldu

redaktor

“Barselona” və İngiltərə millisinin sabiq baş məşqçisi vəfat etdi

redaktor