Dünya

Bələdiyyə sədrliyinə namizəd seçicilərlə kart oynadı – VİDEO

Türkiyədə martın 31-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq davam edir. Marafondan qalib ayrılmaq istəyən namizədlər seçicilərin rəğbətini qazanmaq üçün ən müxtəlif üsullara əl atırlar.

 

Tacxeber.comxəbər verir ki, CHP-dən Çanakkale bələdiyyə sədrliyinə namizəd olan Muharrem Erkek son davranışı ilə hamını təəccübləndirib. Təbliğat məqsədi ilə şəhərdəki kafelərdən birinə daxil olan CHP-li gənclərdən kart oynamaq təklifi alıb. Seçicilərin xətrinə dəymək istəməyən Erkek masanın arxasına keçərək, həvəslə kart oynamağa başlayıb. Sonra isə həmin görüntüləri tərəddüd etmədən özünün sosial şəbəkə hesabında paylaşıb.

 

Maraqlıdır ki, paylaşıma rəy bildirən insanlar onun bu addımını alqışlayıblar. Bu davranışına görə namizədə “xalqın adamı” deyənlər də olub.

Tacxeber.com

 

Oxşar xəbərlər

KGB Viktor Orbana 1 milyon vermişdi – CİDDİ İTTİHAM

admin

Əkrəm Həsənov: “Heç İncili və ya Tövratı yandıran müsəlman gördünüzmü?”

redaktor

Yer bu tarixdə Günəşdən ən uzaq nöqtədə olacaq

redaktor