22.5 C
Bakı
29 İyun 2026 04:10
Dünyaİdman

“Qarabağ”ın tarixi oyunu: ya davam, ya tamam!

 

Bu gün UEFA Avropa Liqasında 1/8 finala yekun vurulacaq.

 

Azərbaycan çempionu “Qarabağ” da bu mərhələnin cavab matçına çıxacaq.

Ağdam klubu Almaniyada bundesliqanın lideri “Bayer”in qonağı olacaq. Oyun yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. Matçı ingiltərəli məşhur hakim Entoni Teylor idarə edəcək.

Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. Bu hesab bugünkü matçın gərginliyini bir qədər də artırır.

Qeyd edək ki, “Bayer” bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır. Leverkuzenlilər bütün turnirlər daxil 36 oyundur uduzmur. Xabi Alonsonun çalışdırdığı kollektiv bunlardan 31-də qalib gəlib, 5 oyunda heç-heçə edib.

Xatırladaq ki, “Bayer”lə “Qarabağ” Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda “Bayer” 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə “Qarabağ”a qalib gəlib. “Bayer” qrupdan lider, “Qarabağ” isə 2-ci yerin sahibi kimi çıxıb.

 

14 mart

UEFA Avropa Liqası

1/8 finalın cavab oyunu

00:00.”Bayer” (Almaniya) – “Qarabağ” (Azərbaycan)

 

İlk oyun – 2:2

Hakimlər: Entoni Teylor, Qari , Adam Nann Endryu Medli (İngiltərə)

Leverkuzen. “Bay-Arena” (qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Lukaşenko ruslara Ukraynanı vurmağa kömək edir.

admin

Portuqaliya Ronaldo üçün FIFA-ya müraciət edəcək

admin

Mənə demək olar ki, heç nə etməyə imkan vermirlər. Özümü artıq sistem üçün lazım olmayan bir fiqur kimi hiss edirəm

redaktor