Dünya

Britaniyalı nazirin olduğu təyyarə ilə əlaqə kəsildi – RUSİYA İZİ

Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın Polşadan qayıdarkən olduğu təyyarənin peyk siqnalını pozmaqda Rusiya şübhəli bilinir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Reuters agentliyinə Britaniya hökumətindəki mənbə və Şappsla birlikdə səyahət edən jurnalistlər məlumat verib.

 

Bildirilir ki, təyyarə Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçarkən GPS siqnalı təxminən 30 dəqiqə bloklanıb. Bu müddət ərzində nternetə qoşulmaq mümkün olmayıb, Ona görə də təyyarə yerini müəyyən etmək üçün alternativ üsullardan istifadə etməyə məcbur qalıb.

 

Britaniya Müdafiə Nazirliyi vəziyyəti rəsmi şərh etməkdən imtina edib.

Tacxeber.com

Oxşar xəbərlər

Suriya müxalifətindən qeyri-adi hicab qərarı

admin

General dünyasını dəyişib, məzuniyyətə çıxıb, yoxsa vəzifəsindən kənarlaşdırılıb?.

admin

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

redaktor