21 C
Bakı
12 Avqust 2025 02:26
Cəmiyyət

Siyavuş Novruzov Toplum TV əməliyyatları ilə bağlı: “Bu ölkədə söz azadlığı var”

“Azərbaycanda azad sözə qarşı heç vaxt basqı olmayıb. Bu ölkədə fikir və söz azadlığı var”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Toplum TV”də başladılan araşdırmalar barədə danışarkən deyib.

 

“Hər bir şəxsdən də tələb olunur ki, digər şəxslərin hüquqlarını da qorusun, onların şəxsiyyətlərinə də toxunmasın, onlara qarşı hər hansı fikir söyləməsin. Azərbaycanda xeyli sayda internet televiziyası var, heç bir mənbə dəqiqləşdirmədən nə eşidirlərsə, kimsə telefonla zəng edirsə, bunu əsas şərt kimi götürüb ictimaiyyətə çatdırırlar. Belə olmaz.

Hüquqlar digərinin hüququnu pozduqda məhdudlaşdırılır. İnsan hüquqları üzrə beynəlxalq aktda da bu, nəzərdə tutulub. Azərbaycanda heç kimin hüququ pozulmur”.
Xatırladaq ki, martın 6-sı səhər saatlarında Toplum TV-nin və III Respublika Platformasının ofisində polis əməliyyat keçirib. Daxili İşlər Nazirliyi isə əməliyyatın daxil olan məlumat əsasında keçirildiyini bildirib.

 

Akif Qurbanovun, həmçinin Toplum TV-nin əməkdaşları Fərid İsmayılov, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əmrahovun saxlanıldıqlar, onlara 206.3.2 (qaçaqmalçılıq qrup halında törədildikdə) ittihamı ilə cinayət işi açıldığı bildirilir.

 

Axtarış aparılan ofislərdən, eləcə də saxlanılan şəxslərdən bəzilərinin mənzillərindən müxtəlif məbləğlərdə xarici valyuta aşkarlandığı bildirilir.
Qeyd edək ki, bu gün Toplum TV-nin təsisçisi, hüquq müdafiəçisi və media eksperti Ələsgər Məmmədli və III Respublika Patformasının təsisçilərindən Ruslan İzzətlinin də saxlanıldığı barədə məlumat yayılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Fazil Mustafa: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir

redaktor

Aqil Abbas: “Müəllimlərə hədiyyə verilməsinin tərəfdarıyam”

redaktor

Məktəbdə ayaqyolu olmamasına aydınlıq gətirildi – VİDEO

redaktor