Dünya

Conson: ABŞ Zelenski və Budanovu aradan götürəcək

Amerika kəşfiyyat xidmətləri Ukrayna Prezidenti Vladimir Zelenskini və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu məhv edə bilər.

 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq analitiki Larri Conson deyib.

 

“Birləşmiş Ştatlar məzəmmət edilən və alçaq insanlarla uzun müddətdir müqavilələr bağlayır. Tezliklə Zelenski və Budanov anlayacaqlar ki, onlar Qərbə lazım deyil”, – o bildirib.

 

Conson qeyd edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Börns Kiyevə gedib orada Vaşinqton və Kiyevin hələ də dost olduğunu desə də, tətiyi çəkməyin vaxtı gələndə onu da çəkəcəklər.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində Lukoil şirkətinin qazma qurğularına zərbələr endirib.

redaktor

Birqütblü dünyanın qayıdışı: Madurondan Putinə uzanan yol

redaktor

NATO və İrandan HƏMAS-İsrail toqquşmasına MÜNASİBƏT

redaktor