22 C
Bakı
09 Oktyabr 2026 20:32
DünyaMaraqlıPlanet

Dünyanın ən ucuz 11 şəhəri

 

Böyük Britaniyada yerləşən Economist Intelligence Unit tərəfindən təhlil edilən 173 şəhər arasında Suriyanın Dəməşq şəhəri ən ucuz şəhər olub.

 

Dünyada yaşayış xərcləri ilə bağlı aparılan sorğunun nəticələrinə dair son hesabatda dünyanın ən ucuz şəhərlərinin istehlak malları baxımından da olduqca ucuz olduğu məlum olub.

 

“Business Insider”-ə açıqlama verən EIU bildirib ki, dünya miqyasında yaşayış dəyəri indeksi bu ilki araşdırmada 173 şəhəri qiymətləndirir. Siyahıda şəhərin böyüklüyü və əhalisi, iqtisadi və ictimai əhəmiyyəti kimi müxtəlif faktorlar rol oynayır. EIU-nun tədqiqat direktoru Barsali Bhattacharyya reytinqlərimizdə şəhərləri tez-tez aşağı salan başqa bir amil yerli valyutaların ABŞ dollarına nisbətdə gücü olduğunu qeyd edib

 

173 şəhər əsasında hazırlanan hesabatda Sinqapur və Sürix ən bahalı şəhərlər olaraq qiymətləndirilib. Suriyanın paytaxtı Dəməşqin indeks dəyəri yalnız 13 olaraq hesablanıb.

 

Yeni EIU hesabatında sadalanan ucuz şəhərlər və indeks dəyərləri siyahının sonundadır.

 

Dünyanın ən ucuz 11 şəhəri aşağıdakılardır.

 

11. Buenos Ayres, Argentina – indeks dəyəri 37

10. Chennai, Hindistan – indeks dəyəri 37

9. Laqos, Nigeriya – indeks dəyəri 35

8. Əhmədabad, Hindistan – indeks dəyəri 34

7. Lusaka, Zambiya – indeks dəyəri 33

6. Tunis, Tunis – indeks dəyəri 32

5. Daşkənd, Özbəkistan – indeks dəyəri 31

4. Kəraçi, Pakistan – indeks dəyəri 28

3. Tripoli, Liviya – indeks dəyəri 23

2. Tehran, İran – indeks dəyəri 20

1. Dəməşq, Suriya – indeks dəyəri 13

 

Mənbə: Valyuta

Tacxeber.com

Oxşar xəbərlər

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin