20 C
Bakı
10 Oktyabr 2026 00:32
DünyaMuharibə

Ruslar Ukraynada ilk “Abrams”ı yandırdılar

 

Rusiya hərbçiləri Ukrayanada ABŞ-nın göndərdiyi ilk “Abrams” tankını sıradan çıxarıb.

 

Bu barədə “MK” hərbi ekspertlərə istinadən bildirib.

 

Analitiklərin fikrincə, tankın hərəkəti əvvəllər Rusiya mövqelərindən 1,5 kilometr aralıda yerləşən Berdıçi kəndində müşahidə edilib. Bundan sonra Rusiya hərbçiləri onu hədəfə alıblar.

 

Bildirilir ki, Avdeyevka yaxınlığında ilk “Abrams”ı “Çernıe qusarı” dəstəsinin üzvləri yandırıb. 150-ci briqadanın əsgərləri əvvəlcə kamikadze pilotsuz aparatı ilə tankı vurub. Daha sonra qumbaraatanla əlavə zərbə endiriblər.

 

Xatırladaq ki, daha əvvəl aktyor İvan Oxlobıstin “M1 Abrams”ın məhvinə görə 10 milyon rubl ödəyəcəyini vəd etmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ruanda tribunalının prezidentinə Nobel Sülh mükafatı verildi

redaktor

Putin Moskvada eniş edə bilmir

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor