29 C
Bakı
11 Avqust 2025 15:01
Dünya

Fələstin hökuməti bu gün istefa verəcək – KİV

Ramallahda hakimiyyətdə olan Fələstin hökuməti bu gün istefa verəcək.


Tacxeber.com
xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı Prezident Mahmud Abbasın administrasiyasındakı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Baş nazir Məhəmməd Ştaye istefasını Fələstin liderinə təhvil verəcək, lakin onun kabineti yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.
Mənbə deyir ki, Mahmud Abbas bu addımı bəzi regional oyunçuların və ABŞ-nin ona göstərdiyi təzyiqlərə görə atır.

“Hökumətin istefası Qəzza zolağında müharibəyə son qoymaq üçün davam edən vasitəçilik səyləri və işğalçı qüvvələrin çıxarılması, həmçinin, Fələstin anklavındakı blokadanın götürülməsi üçün beynəlxalq təminatların verilməsi ilə bağlıdır”, – o vurğulayıb.

Mənbənin sözlərinə görə, növbəti addım HƏMAS hərəkatı da daxil olmaqla, yeni hökumətin formalaşmasına qədər bütün Fələstin qruplarının iştirakı ilə milli konsensusa nail olmaq olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?

admin

“Dünya 5-dən böyükdür” dedik, bu da təsdiqi…

redaktor

Ukraynada Rus ordusu artıq irəliləyə bilmir – Kəşfiyyat

admin