Sağlamlıq

Vərəmə qarşı peyvənd xərçəngin qarşısını ala bilər – TƏDQİQAT

ABŞ-nin Kaliforniya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, vərəm əleyhinə “Bacillus Calmette-Guérin” (BCG) peyvəndinin birdəfəlik dozası qaraciyər xərçəngi olan siçanların sağ qalma müddətini artırır və şişlərin böyüməsini ləngidir.

 

Tacxeber.com lent.az-a istinadən bildirir ki, bu barədə nəticələr Advanced Science nəşrində dərc olunub.

 

Tədqiqat qaraciyər xərçənginin ən çox yayılmış növü olan hepatokarsinomalı siçanlar üzərində aparılıb. Qeyd olunur ki, bu növ xərçəngin müalicəsi çətin olur və immunoterapiyaya yaxşı reaksiya vermir.

Tacxeber.com

Oxşar xəbərlər

Giləmərzə otunun faydaları – Revmatizm, sinir və mədə problemləri, cinsi zəiflik…

redaktor

Zeytun yağını hər gün acqarına 1 qaşıq içsəniz… – 9 MÖHTƏŞƏM FAYDASI

redaktor

Qanı təmizləyən ideal və sadə resept .

admin