Dünya

Puqaçova və Qalkinin evi müsadirə oluna bilər

 

Dövlət Dumasının “Ədalətli Rusiya”dan olan deputatı Dmitri Qusev Daxili İşlər Nazirliyindən Xalq artistləri Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkinin Moskvanın Qryaz qəsəbəsindəki evinin müsadirə olunması ilə bağlı araşdırılma aparılmasını xahiş edib.

 

Tacxeber.com xəbər verir ki, onun bu barədə müraciətini “Shot” teleqram kanalı yayıb:

 

“Əgər ictimai insanlardan – Qalkindən, Puqaçovadan danışırıqsa, onlar, təbii ki, ən çox əmlak itkilərindən deyil, təsir imkanlarının və populyarlıqlarının itirilməsindən qorxurlar, çünki onların əsas kapitalı budur.

Onların televiziyada nümayişi dayandırılan kimi populyarlığı sıfıra enəcək. Sevilmək, ilhamlanmaq, dinlənilmək istəyirdilər. Qalkin və Allanın hərəkətləri öz xalqına qarşı getdiklərinə dəlalət edir. Onlar xalq tərəfindən sevilmək hüququnu itiriblər”.

 

Qeyd edək ki, cütlük uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü.

Tacxeber.com

Oxşar xəbərlər

Media orqanları Rusiyanın itkiləri ilə bağlı yeni məlumatlar açıqlayıb.Ölənlərin sayı 720 minə çatıb

redaktor

“Bu, müharibəni uduzmaq deməkdir”: Zelenski Donbasla bağlı sərt danışdı

redaktor

Tramp Zelenskinin sözlərini lağa qoydu

redaktor