15 C
Bakı
29 Mart 2026 14:34
İdman

“Qarabağ” tank kimi üstümüzdən keçdi – “Braqa”nın oyunçusu

“Qarabağ” tank kimi üstümüzdən keçdi - “Braqa”nın oyunçusu 

Etiraf etməliyik ki, bizim günümüz deyildi. “Qarabağ” tank kimi üstümüzdən keçdi. Növbəti oyunlarda daha diqqətli olmalı, vəziyyəti öz xeyrimizə dəyişməliyik.

Tacxeber.comxəbər verir ki, bu sözləri “Braqa”nın futbolçusu Abel Ruis UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Qarabağ”a 2:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuata açıqlamasında deyib.

 

Nəticənin ürəkaçan olmadığını bildirən 24 yaşlı hücumçu əlavə edib: “Qarşıda daha bir oyun var. Əvvəlcə diqqətimizi çempionata yönəldəcəyik, sonra isə “Qarabağ”la səfər matçı haqqında düşünəcəyik. Cavab qarşılaşmasında əlimizdən gələni edəcəyik”.

 

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ikinci oyun fevralın 22-də Bakıda keçiriləcək.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ” nə vaxt Xankəndidə meydana çıxacaq?

admin

“Çoxdandır ki, millidə bu ruh görünmürdü” – Ayxan Abbasov

admin

Messi ölümlə hədələndi

redaktor