Dünya

“Gürcüstan prezidenti vətənə xəyanət edib” – Qaribaşvili

“Gürcüstan Prezidenti Salome Zurabişvili hökumətin icazəsi olmadan Münhendə keçirilən təhlükəsizlik konfransına getməklə vətənə xəyanət edib”.


Tacxeber.com
 xəbər verir ki, bu barədə “Gürcü Arzusu – Demokratik Gürcüstan”ın sədri İrakli Qaribaşvili brifinqdə danışıb.

“Salome Zurabişvili partiyamızın hər bir üzvünün gözü qarşısında vətənə xəyanət etdi. Bizim nöqteyi-nəzərimizdən o, dövlətimizin maraqlarına xidmət etmir. O, Konstitusiyanı bir neçə dəfə kobud şəkildə pozub və pozmaqda davam edir. Bu, ayıbdır”, – Qaribaşvili bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə seçkiqabağı kampaniya zamanı Zurabişvilinin reytinqi 1 faiz olub və onu hakimiyyətə “Gürcü arzusu” və Bidzina İvanişvili gətirib. Bundan sonra o, həm komandanın, həm də dövlətin maraqlarına xəyanət etdi.

Tacxeber.com

Oxşar xəbərlər

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Ukrayna Rusiyaya təxminən 64 min dron atıb

redaktor