İqtisadiyyatŞikayət

Marketdə 17 qəpiyə satılan yumurtanı Rusiyaya 16,8 qəpiyə satırıq

Məlum olduğu kimi, şimal qonşumuz Rusiyada yaşanan yumurta çatışmazlığı səbəbindən dekabr ayının 19-dan etibarən Azərbaycandan bu ölkəyə yumurta ixracı həyata keçirilir.

Tacxeber.com xəbər verir ki, daha əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ötən ilin dekabr ayında Azərbaycandan Rusiyaya 1 milyon 224 min ədəd (72 ton) yumurta ixrac olunduğu barədə məlumat verilib.

 

Apardığımız hesablama göstərir ki, ötən ilin dekabr ayında Azərbaycandan Rusiyaya ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 16,8 qəpik (9,9 sent) olub.
Məlumat üçün onu da bildirək ki, AQTA-nın açıqladığı məlumatda Rusiyaya ixrac olunan yumurtanın “Giləzi Quşçuluq” şirkətinə məxsus olduğu qeyd olunub.

 

Hazırda ölkənin aparıcı supermarketlərinin birində “Giləzi Quşçuluq” şirkətinə məxsus yumurta 17 qəpiyə satılır. Bu isə o deməkdir ki, Rusiyaya ixrac olunan yumurtanın orta gömrük dəyəri (16,8 qəpik) yumurtanın daxili bazardakı qiymətindən (17 qəpik) aşağıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Quranla poz ver, kazinoya yol ver

admin

Həbsdə olan jurnalist Fatimə Mövlamlı yazır:

admin

Xalq artisti: Tələbələr Zeynəb Xanlarovadan mənə şikayət edirdilər

admin