22.6 C
Bakı
29 İyun 2026 07:36
Dünya

İndoneziyada futbolçunu oyunda ildırım vurdu – Video

İndoneziyada “Persikas Subanq”ın 30 yaşlı futbolçusu yoldaşlıq oyunu zamanı ildırım vurması nəticəsində həlak olub.

 

Tacxeber.comxəbər verir ki, bu barədə “VoiID” portalı məlumat yayıb.

Məlumata görə, faciənin baş verdiyi oyun fevralın 10-da Bandunqdakı “Silivanqi” stadionunda baş tutub.

 

Bildirilib ki, ilk ildırım heç kimə dəyməyib, ikinci ildırım oyunçuya dəyib. Bundan sonra o, yıxılaraq huşunu itirib. Həkim briqadası idmançını xəstəxanaya çatdırıb. 30 yaşlı futbolçu xəstəxanada özünə gəlmədən dünyasını dəyişib.

Bildirilir ki, “Silivanqi” stadionunda futbol meydançasına ildırım ilk dəfədir ki, düşmür.
Qeyd edək ki, “Persikas Subanq” İndoneziyanın üçüncü güclü divizionunda çıxış edir.

Tacxeber.com

Oxşar xəbərlər

“Caliber”: “Erməni millətinin səssiz üsyanı” – VİDEO

redaktor

“Hesablarımı ödəyə bilmirəm, pulum yoxdur” – Trampın şəxsi vəkili

redaktor

Britaniya Kurskla bağlı Ukraynaya bu icazəni verdi – Təcili

admin