23.2 C
Bakı
15 İyun 2026 12:57
DünyaHadisə

Rusiyadan Xarkova PUA hücumu – 7 nəfər öldü + Fotolar

Fevralın 10-na keçən gecə Rusiya Xarkov şəhərinə PUA-larla hücum edib.

 

Tacxeber.comTSN portalına istinadla xəbər verir ki, bu barədə Xarkov administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Məlumata görə, hücum 7 nəfərin həyatına son qoyub. Onlar arasında üç uşaq da var.

“Şəxsi yaşayış binalarından birində baş verən yanğında 5 nəfərdən ibarət bütün ailə həlak olub: ata-ana və onların üç övladı (yeddi yaşlı, dörd yaşlı və altı aylıq oğlan)”, – o qeyd edib.
Başqa bir evdə isə 66 yaşlı kişi və onun 65 yaşlı həyat yoldaşı qadın dünyasını dəyişib. 61 və 39 yaşlı iki qadın və 45 yaşlı kişi xəsarət alıb.

Hücum “Şahed” dronları ilə baş verib.
Həmçinin, PUA hücumu nəticəsində 15-dən çox evə ziyan dəyib.



Tacxeber.com

Oxşar xəbərlər

Putin Ukraynanı Rusiya ərazilərini atəşə tutmaqda ittiham edib

redaktor

Vətən müharibəsi iştirakçısı həbs edilib – Məşğulluq İdarəsində yanğın törədib

redaktor

“Gərək kişi kimi yaşayıb, kişi kimi də işləyəsən!”

redaktor