22 C
Bakı
09 Oktyabr 2026 18:15
Dünya

Netanyahu hərbçilərə mülki əhalinin təxliyəsi üçün plan hazırlamağı tapşırdı

 

İsrailin Baş naziri Benyamin Netanyahu hərbçilərə Qəzza zolağının cənubundakı Rəfah şəhərində dinc sakinlərin təxliyyəsi və radikal HƏMAS hərəkatının qalan dörd batalyonunun ləğvi üçün plan hazırlamağı tapşırıb.


Tacxeber.com xəbər verir ki, bu barədə Baş nazirlik məlumat yayıb.

“HƏMAS-ın dörd batalyonunu Rəfahda saxlamaqla HƏMAS-ı məhv etmək kimi müharibə məqsədinə nail olmaq mümkün deyil. Digər tərəfdən, Rəfahda genişmiqyaslı əməliyyatın mülki əhalinin döyüş bölgələrindən çıxarılmasını tələb etdiyi göz qabağındadır.

Bu səbəbdən baş nazir İDF və təhlükəsizlik xidmətlərinə ikili plan təqdim etməyi tapşırıb: həm əhalinin təxliyəsi, həm də HƏMAS batalyonlarının ləğvi”, – məlumatda deyilir.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor