
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnı Prezident Vladimir Zelenskiyə əlavə səfərbərlik həyata keçirməyi təklif edib. Ukrayna lideri bununla razılaşmayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “The Washington Post” yüksəkrütbəli ukraynalı məmura istinadla məlumat yayıb. Onun sözlərinə görə, Zalujnı səfərbərlik təklifində “500 minə yaxın say səsləndirib”.

