22.5 C
Bakı
28 İyun 2026 13:25
Dünya

Zelenski Zalujnının bu təklifini rədd etdi

 

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnı Prezident Vladimir Zelenskiyə əlavə səfərbərlik həyata keçirməyi təklif edib. Ukrayna lideri bununla razılaşmayıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “The Washington Post” yüksəkrütbəli ukraynalı məmura istinadla məlumat yayıb. Onun sözlərinə görə, Zalujnı səfərbərlik təklifində “500 minə yaxın say səsləndirib”.

 

 

Zelenski Silahlı Qüvvələrin Baş komandanının bu ideyası ilə razılaşmayıb. Prezidentin fikrincə, ölkədə vergiləri əhəmiyyətli dərəcədə artırmadan səfərbərlik xərclərini ödəmək mümkünsüzdür. Ukrayna lideri, həmçinin “aqressiv səfərbərlik” səbəbindən əhali arasında populyarlığının mümkün azalmasından ehtiyatlanır.

“The Washington Post” nəşri onu da qeyd edib ki, gələcək səfərbərliyin miqyası məsələsi Zelenski ilə Zalujnı arasında əsas fikir ayrılığına çevrilib.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Əsas vəzifə Ukraynanın tam məhvinin qarşısını almaqdır

redaktor

Sovet alimləri İlon Maskın ailəsini BELƏ MƏHV EDİBLƏR – DETALLAR

redaktor

Bakıda bu binalar təhlükə mənbəyidir – VİDEO

redaktor