
Qışda yoluxucu xəstəliklərə qarşı immunitetini güclü saxlamaq üçün qidalanmaya fikir vermək lazımdır. Türkiyənin məşhur həkimi, professor Osman Müftüoğlu tərkibində B1, B2 və B6 vitaminləri olan qara çörəkotudan bol-bol istifadə etməyin vacibliyini vurğulayıb.
Bəs qara zirənin sağlamlıq üçün faydaları nələrdir?
Musavat.com xəbər verir ki, Müftüoğlu qara çörəkotunun faydalarını belə sıralayıb:
– Tərkibində maqnezium, sink, selenium, B1, B2, B6 və digər vitaminlər kimi nadir, lakin vacib minerallar var.
– Qara çörəkotunun əsas gücü tərkibindəki birləşmələrdən, xüsusən də timokinonlardan gəlir.
– İltihab əleyhinə çox güclü təsirə malikdir.
– Qara çörəkotu bu xüsusiyyətlərinə görə allergik xəstəliklər, o cümlədən astma və sinüzit kimi yuxarı tənəffüs yolları infeksiyalarının müalicəsində geniş istifadə olunur.
– Ən düzgün istehlak şəkli təzə və keyfiyyətli qara çörəkotunu bütöv və ya üyüdülmüş şəkildə qəbul etməkdir.

