25 C
Bakı
23 İyun 2025 14:10
DünyaMuharibəSiyasət

“Ukraynaya milyardlarla dollar veriləcək, NATO-ya qəbul ediləcək” – BƏYANAT

NATO 2024-cü ildə Ukraynaya “milyarlarla avro dəyərində böyük yardım” vəd edib, lakin konkret məbləğ və vəsaitin istiqamətləri barədə məlumat verməyib.

 

Bu barədə Ukrayna-NATO Şurasının iclasının yekunları üzrə dərc olunmuş bəyanatda məlumat verilib.

 

Şuranın bəyanatında deyilir: “Bu gün müttəfiqlər Ukraynaya əhəmiyyətli hərbi, iqtisadi və humanitar yardım göstərməyə davam edəcəklərini açıqladılar və bir çox müttəfiqlər 2024-cü ildə milyardlarla avro əlavə imkanlar təqdim etmək planlarını bildiriblər”.

 

Bəyanatda Kiyevə göstərilən yardımın həcmindən də bəhs edilir. Xüsusilə, sənədə əsasən, Almaniya bu yaxınlarda Ukraynaya “Patriot” və “Skynex” hava hücumundan müdafiə sistemləri, həmçinin əlavə “IRIS-T” hava hücumundan müdafiə raketləri, Böyük Britaniya isə 200-ə yaxın hava hücumundan müdafiə raketləri göndərib.

 

Bundan əvvəl Litva prezidenti Gitanas Nauseda Ukraynanın NATO-ya qəbul ediləcəyini, lakin tarixlə bağlı məsələnin həllinə ehtiyac olduğunu bildirmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Korotçenko: Qarabağdakı terrorçular həm də Rusiyanın təhlükəsizliyinə təhdidir

redaktor

Rusiyada ciddi problemlər yaşanır – Mixeyev

admin

Bakı İrəvanla nədə razılaşa bilmir? – “Üzr istəməlidirlər! Bunu unutmalıyıq?

admin