İdman

Məşhur türk məşqçi Azərbaycan millisini çalışdırmaqdan imtina etdi

 

Türk məşqçi Ertuğrul Sağlam Azərbaycan yığmasından təklif alıb.

Qaynarinfo xəbər verir ki, mütəxəssis bununla bağlı “X” hesabında paylaşım edib.

O, postunda iki həftə əvvəl AFFA-dan təklif aldığını qeyd edib:

“Beşiktaş”ın könlümüzdəki yeri hər zaman özəl və ayrı olsa da, hazırda “Kocaelispor”la inandığımız, müəyyənləşdirdiyimiz hədəfə doğru yürüyürük. İki həftə öncə Azərbaycan milli komandası üçün də eyni proses baş vermişdi. Diqqət, nəzakət və gözəl mesajlar üçün təşəkkür edirəm. Yeganə düşüncəmiz “Kocaelispor”dur”.

Daha əvvəl “Kayserispor”, “Beşiktaş”, “Bursaspor”, “Yeni Malatyaspor”, “Samsunspor”, “Traktorsazi” kimi komandalarda çalışan Sağlam 2023-cü ilin yayından “Kocaelispor”a rəhbərlik edir.

Tacxeber.com

Oxşar xəbərlər

Ronaldonu vida oyununa razı salmaq üçün Səudiyyə Ərəbistanına səfər?

admin

Batumda “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə: oyun yarım saat dayandırılıb

admin

“Sabah” – “Barselona” oyununda azarkeş vəfat edib

admin