DünyaMuharibə

Belqorodun təxliyəsinə başlanıldı

Müvəqqəti olaraq şəhəri tərk etmək qərarına gələn Belqorod sakinlərinə həm vilayətin öz ərazisində, həm də qonşu bölgələrdə təşkil edilmiş müvəqqəti yaşayış mərkəzlərinə köçməyə kömək edilir.

 

Bunu Belqorod vilayətinin Starıy Oskol şəhər dairə administrasiyasının rəhbəri Andrey Çesnokov məlumat verib.

 

Onun sözlərinə görə, 100-dən çox insan müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirilib.

 

Qeyd edək ki, yanvarın 5-də Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov şəhəri tərk etmək istəyənlərin təhlükəsiz yerlərə köçürüləcəyini demişdi. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Batumda “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə: oyun yarım saat dayandırılıb

admin

BBC-də yəhudi əməkdaşlara ayrı-seçkilik iddiaları araşdırılacaq

admin

Filip de Vinter, Flamand parlamentinin üzvü

redaktor