Cəmiyyət

Aynişan Aygün Bəylərin qızı üçün belə addım atdı – VİDEO

 

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Aygün Bəylərin qızı ilə bağlı addım atmaq qərarına gəlib.

1 milyondan çox izləyicisi olan bloger sosial şəbəkə hesabında mərhumun yeniyetmə qızı Cananla bağlı paylaşım edib.

Aynişan paylaşımında qeyd edib: “Aygün xanımın qızına dəstək olmalıyıq, yaşı azdır. Gəlin düşünək, necə edək… Ona görə çox narahatam”.

İzləyicilərindən biri ona mərhumun 14 yaşlı qızı üçün bank hesabı açmağı və pul yığmağı təklif edib. Bloger həmin mesajı paylaşaraq izləyicilərindən məsləhət istəyib.

Xatırladaq ki, Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində, xəstəxanada vəfat edib. (“Yenisabah”)

 

 Tacxeber.com

Oxşar xəbərlər

Qaxda kilsəyə giriş mübahisəsi: etnik gürcülər məbədə buraxılmadıqlarını bildirirlər

admin

Aparıcı Firuzə Cəlilovanın bağ evi ilə bağlı iddialara DİN-dən açıqlama.

admin

Filip de Vinter, Flamand parlamentinin üzvü

redaktor