22.5 C
Bakı
29 İyun 2026 04:02
DünyaQalmaqalŞou

“Çılpaq gecə”yə qatıldığına görə Kesniya Sobçak 15 milyon rubl ziyana düşüb

Jurnalist və teleaparıcı Kseniya Sobçak aparıvı-bloqer Anastasiya İvleyevanın təşkil etdiyi eyş-işrət məcslidindən sonra proqram və tədbirləri ləğv olunduğu üçün 15 milyon rubl itirib.

 

O, bu barədə öz Telegram kanalında danışıb.

 

Materialda Sobçak böyük məbləğ itirdiyini etiraf edib, lakin əsas məsələnin pul olmadığını qeyd edib. “Müəyyən vəziyyətlərdən öyrəndiyimiz dərslər vacibdir. Hər kəs səhv edir. Hamı yıxılır. Ancaq nəticə çıxarmaq, insanlıq göstərmək və yıxılanları vurmamaq vacibdir”, – o yazır.

 

İvleyevanın ziyafətinin bir çox iştirakçısı bu ziyarətin ağır nəticələri ilə üzləşib. Xüsusilə, müğənnilər Dima Bilan, Lolita, Filipp Kirkorov və Anna Asti (əsl adı Anna Dzyuba) reklam müqavilələrini itiriblər. İvleyevaya qarşı vergi yoxlaması aparılır.

 

Qalmaqallı hadisə dekabrın 20 və 21-də baş verib. İlk gün gecəyə Rusiya şou-biznesinin ulduzları gəlib, minimum libas tələb edən geyim koduna uyğun geyiniblər. Tədbirdən foto və videolar internetdə yayıldıqdan sonra ictimai qəzəb dalğası yaranıb. (Musavat)

 

Tacxeber.com

Oxşar xəbərlər

Mobil operator Nura Surinin də nömrəsindən səbəbsiz olaraq pul silir.

admin

Faşizm Qırmızı meydanda boy göstərir

redaktor

Dünyanın diqqəti cəlb edən SENSASİYON DEBATDA Putin 12 dəfə, Rusiya isə 11 dəfə xatırlandı.

admin