24 C
Bakı
26 Sentyabr 2025 16:08
İdman

“Real Madrid”dən Mbappeyə 130 milyon avroluq təklif

"Real Madrid"dən Mbappeyə 130 milyon avroluq təklif

 

“Real Madrid” mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatan Kilian Mbappeyə növbəti dəfə təklif göndərəcək.

“Kral klubu” fransalı hücumçuya ötənilki şərtlərini təqdim edəcək. Madrid təmsilçisi Mbappeyə 130 milyon avro imza pulu, illik 26 milyon avro maaş verməyə hazırdır.

“Real” rəsmiləri 25 yaşlı forvardla yanvar ayında görüşəcəklər. Futbolçu şərtləri qəbul etsə, yayda İspaniya klubuna keçəcək.
Xatırladaq ki, PSJ Kilian Mbappeni 2017-ci ilin yayında “Monako”dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 21 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Tacxeber.com

Oxşar xəbərlər

Braziliyalı üçqat dünya çempionu Pele vəfat etdi

redaktor

“Ayaks”ın “Qarabağ”da oynamış yetirməsi: “Qurban Qurbanov polis kimi məni nəzarətdə saxlayırdı”

redaktor

“Nant”ın baş məşqçisi “Qarabağ”dan qisas almaq istəyir

admin