DünyaGündəm

Kraliça Yeni il çıxışında taxtdan imtina etdi

 

Danimarka kraliçası II Marqaret tacından imtina etmək qərarına gəlib.

O, bu barədə ənənəvi Yeni il çıxışında danışıb.

“Mən qərar verdim ki, indi doğru vaxtdır”, – deyə əlahəzrət kəskinləşən xəstəlikləri və kürəyindəki əməliyyatı əsas gətirib.

Qeyd edək ki, Marqaret kraliçanın taxta çıxmasının 52-ci ildönümündə, yanvarın 14-də Kopenhagendə tacını vəliəhd şahzadə Frederikə təhvil verəcək.
Xatırladaq ki, 83 yaşlı II Marqaret 1972-ci ildən Danimarka kraliçasıdır. O, hakimiyyətə gəldikdən sonra 1388-ci ildən 1412-ci ilə qədər hökmranlıq edən I Marqaretdən sonra Danimarkanın ilk qadın monarxı olub.(oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

İran məktəbli forması bəhanəsi ilə Azərbaycana şəriət qanunları tətbiq etməyə çalışır

redaktor

Ədəbiyyatın zirvələri ilə dövlətin prinsipləri eyni şey deyil

redaktor

Əli Əliyevi susdurdular. Bəs nə qazandılar?

redaktor