20 C
Bakı
20 Oktyabr 2026 19:11
Gündəmİdman

Kadi Borges Rusiya klubu ilə anlaşıb – “Qarabağ” milyonlar qazanacaq

 

Kadi Borges “Qarabağ”dan ayrılmağa hazırlaşır.

Əldə olunan qeyri rəsmi məlumatlara inansaq Kadi qış fasiləsindən sonra Ağdam klubuna qayıtmayacaq.

Belə ki, braziliyalı futbolçu Rusiyanın “Krasnodar” klubu ilə demək olar bütün məsələlərdə anlaşıb. Üstəlik, yarımmüdafiəçinin “Qarabag”la müqaviləsində bənd var ki, hansısa klub 5 milyon dollar ödəsə, Ağdam təmsilçisi onu sərbəst buraxacaq.

Tibbi baxışda və danışıqların sonrakı mərhələsində hansısa gözlənilməs hadisə olmasa, Kadi “Qarabağ”ı məhz “Krasnodar”a dəyişəcək.

Kadi Borges 2021-ci ilin yayından “Qarabağ”da forma geyinir. O, Azərbaycan çempionunun heyətində 74 oyuna çıxıb, 28 qol vurub.

“Krasnodar” Rusiya Premyer Liqasında mövsümün geridə qalan hissəsini 25 xalla 7-ci pillədə tamamlayıb. (komanda)

Tacxeber.com

Oxşar xəbərlər

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor

“Sabah” “Borussiya”ya qarşı

admin