DünyaHadisə

İranda “uşaq gəlin” edam edildi

İranda uşaq ikən məcburən ərə verildiyi kişini qətlə yetirən Samirə Sabzian edam edilib.

Bir çox beynəlxalq insan haqları müdafiəçiləri xəbər verir ki, “uşaq gəlin” kimi tanınan S. Sabzianın dekabrın 19-da Tehran yaxınlığındakı Kərəc şəhərində “Qızıl hisar” həbsxanasında asıldığı bildirilir.

Qeyd edək ki, sözügedən qadın 10 il idir həbsdə idi. Onun 15 yaşında ərə verildiyi, həyat yoldaşı tərəfindən məişət zorakılığına məruz qaldığı və nəticədə onu qətlə yetirdiyi bildirilir.

Onun barəsində edam qərarı verildikdən sonra benəlxalq təşkilatlar və insan haqları müdafiəçiləri onun əfvi ilə bağlı kampaniya aparırdı.

Tacxeber.com

Oxşar xəbərlər

Neftin səssiz qazananları

redaktor

Tramp Corciya Meloniyə Mar-a-Laqo ziyarətində təriflər yağdırdı: “Fantastik qadın”

redaktor

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

redaktor