19 C
Bakı
12 Oktyabr 2026 00:19
Gündəmİdman

Püşkatmanın tarixi, saatı və “Qarabağ”ın mümkün rəqibləri…

“Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avropa Liqasının pley-off – 1/16 final mərhələsinə vəsiqəni təmin etdi.

Bu gün Bakıda “Hekken” (İsveç) üzərində qələbə qazanan (2:1) Ağdam təmsilçisi qrupu 2-ci yerdə başa vurmaqla yarışın növbəti mərhələsində oynamaq hüququ əldə etdi. Bu qrupun lideri “Bayer” (Almaniya) isə Avroliqadakı digər qrup liderləri kimi 1/8 finala birbaşa vəsiqə qazandılar.

1/16 finalda “Qarabağ”ın rəqibi Çempionlar Liqasında qrup 3-cüsü olan aşağıda adları qeyd edilən 8 komandadan biri olacaq:

“Qalatasaray” (Türkiyə)

“Lans” (Fransa)

“Braqa” (Portuqaliya)

“Benfika” (Portuqaliya)

“Feyenoord” (Niderland)

“Yanq Boyz” (İsveçrə)

“Milan” (İtaliya)

“Şaxtyor” (Ukrayna)

Bu mərhələnin püşkatma mərasimi dekabrın 18-də UEFA-nın Nyon (İsveçrə) şəhərindəki qərargahında keçiriləcək. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

1/16 finalın ilk oyunu 2024-cü ilin 15 fevralında, cavab matçı 22 fevralda olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Ədəbiyyatın zirvələri ilə dövlətin prinsipləri eyni şey deyil

redaktor

Əli Əliyevi susdurdular. Bəs nə qazandılar?

redaktor

“Ağılla Rusiya dərk edilməz…”

admin