23.7 C
Bakı
09 İyun 2026 20:36
DünyaGündəm

Paşinyan: “Azərbaycanla bütün əlaqələri bərpa etməyə hazırıq”

Paşinyan: “Azərbaycanla bütün əlaqələri bərpa etməyə hazırıq”

Ermənistan regionda kommunikasiyaların açılması üçün əməli və konkret addımlar atmağa hazırdır.

Tacxeber.com“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib: “Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri 30 ildən artıqdır bağlıdır. Bu gün regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə çox danışırıq və müzakirə edirik”.

Paşinyan qeyd edib ki, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına münasibəti “Sülh kəsişməsi” konsepsiyasında öz əksini tapıb.

Ermənistan hökumətinin başçısı konsepsiyanı təqdim edərək ölkəsinin Azərbaycanla əvvəllər bir neçə istiqamətdə mövcud olan dəmir yolları boyunca əlaqəni bərpa etməyə hazır olduğunu bildirib: “İlk olaraq, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş rayonunu birləşdirən şimal marşrutu, ikinci növbədə isə, digərləri ilə yanaşı, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən cənub marşrutudur”.

Tacxeber.com

Oxşar xəbərlər

“Tesla” robotu mühəndisə hücum etdi – KİV

admin

“Atəşlərin dayandırılması Ukraynadan asılıdır” – Peskov

redaktor

Ukrayna Rusiyanın daha bir vilayətini işğal edir: artıq təxliyə başladı

admin