DünyaİdmanQalmaqal

Türkiyədə döyülən hakim karyerasını başa vurdu.

Türkiyəli referi Halil Umut Meler ölkə çempionatının 15-ci turunda “Ankaragücü” – “Rizespor” klubları arasında keçirilən matçda baş verən döyülmə hadisəsindən sonra karyerasını bitirəcəyini bildirib.

Bu barədə “A Spor” telekanalı məlumat yayıb.

Məlumata görə, Meler xəstəxanada onu ziyarət edən idman rəsmilərinə “Məndən bu qədər”, – deyərək hakimliyi buraxacağını bildirib.

Qeyd edək ki, dekabrın 11-də “Ankaragücü” klubunun prezidenti Faruk Koca Halil Umut Melerə hücum edib. İlk zərbədən sonra hakim yerə yıxılıb və yerdə daha bir neçə zərbə alıb. Hadisədən sonra Türkiyədə bütün futbol matçları təxirə salınıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. “Rizespor” əlavə edilmiş yeddinci dəqiqədə hesabı bərabərləşdirə bilib. “Rizespor”a heç-heçə gətirən qolu Adolfo Qayç vurub.

Xatırladaq ki, çempionat cədvəlində “Rizespor” 22 xalla səkkizinci, “Ankaragücü” isə 18 xalla 11-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə “Fənərbaxça” başçılıq edir. İstanbul komandasının aktivində 40 xal var.

Tacxeber.com

Oxşar xəbərlər

Mehriban Əliyevanın rəhbərlik etdiyi federasiyaya zorakılığa görə sanksiya tətbiq edilib

admin

Buzlaqların əriməsi milyonlarla insanın həyatı üçün təhlükə yaradır

redaktor

ÜST-dən meymunçiçəyi ilə bağlı xəbərdarlıq: Ölüm nisbəti…

redaktor