25 C
Bakı
29 Avqust 2026 03:57
CəmiyyətHadisə

Razılaşmadan 5 gün keçdi: əsirlər nə vaxt qayıdır?

Ümid edirəm ki, yaxın günlərdə məhbuslar geri qaytarılacaq. Biz gözləyirik. Düşünürəm ki, tezliklə məlumat əldə edəcəyik.

Bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

“Razılıq əldə olunub, bununla bağlı heç bir dəyişiklik yoxdur. Proses davam edir. Ümid və güman edirəm ki, bu (əsirlərin təhvil verilməsi – red.), yaxın günlərdə baş verəcək”, – Simonyan bildirib.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazir Aparatı birgə bəyanat yayıb. Bəyanatda Azərbaycanın 32 əsiri, Ermənistanın isə 2 əsiri geri qaytaracağı bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Milli Qəhrəman, general, qətl və bir jurnalistin başına gələnlər

redaktor

Oxumuş cahillər və mənəviyyat dərsi

redaktor

Stokholm sindromu

admin