Dünya

Şuşada yeni evlər belə olacaq – VİDEO

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yaşayış kompleksinin inşası başa çatıb.

Tacxeber.com xəbər verir ki, bu barədə AzTV xüsusi strateji əhəmiyyət kəsb edən və çətin relyefdə yerləşən bu şəhərdə quruculuq-abadlıq işlərinin gedişatı barədə xəbər verib.

Bildirilib ki, Şuşanın Baş Planına uyğun olaraq yaşayış kompleksində 3, 4 və 5 mərtəbəli binalar inşa edilib.

Müasir standartlara uyğun inşa olunan binalarda Şuşaya məxsus memarlıq mühiti nəzərə alınıb.

Yaşayış kompleksində 23 binanın inşası başa çatıb və bu binalarda 450 ailə məskunlaşacaq.

Mənzillər 1, 2, 3, 4 və 5 otaqlıdır. Mənzillər təmirli və mətbəx mebelləri ilə təchiz olunmuş şəkildə sakinlərə təqdim ediləcək.

Daha ətraflı:

 

Oxşar xəbərlər

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor